Məhkəmə Temur Abazovu ilkin həbsdə saxlayıb. Qeyd olunan qərarı
hakim bu gün, 26 iyul tarixində baş tutan məhkəmə iclasında qəbul
edib.
İşin prokuroru Giorgi Lobjanidze mediayla söhbəti zamanı deyib ki,
məhkəmə hesab edir ki, indiki mərhələdə də ittiham olunan
tərəfindən sübutların məhv edilməsi və yeni cinayətin törədilməsinə
dair real təhlükə var və buna görə ona qarşı təyin edilmiş ilkin
həbs cəzası qüvvədə qalıb.
Prokuror həmçinin qeyd etdi ki, cinayət məcəlləsi işi ilə bağlı
yeni hallar aşkarlanıb və istintaq yenidən gedir. O, başqa detallar
haqqında şərh verməkdən çəkindi.
Temur Abazovun vəkili Qaqi Mosiaşvili Abazovun ilkin həbsdə
saxlanılması qərarını ədalətsiz və səhv hesab edir. Çünki özünün
dediyinə görə, reallıqda hansısa ədalətli əsas yoxdur ki, Abazova
qarşı ön tədbir olaraq ilkin həbsdən istifadə olunsun.