Temur Abazov hakimə öz günahsızlığını sübut edir və girov ödəməklə azad olunmağı tələb edir

Temur Abazovun sözlərinə görə, onun saxanılmasına Bidzina İvanişvili ilə yaxın tanışlığı səbəb olub. Televiziya vasitəsilə yayımlanan məlumat əsasında prokurorluq qərar qəbul edib.

Həmin vaxt Saralidzenin aksiyaları idi və onu böyük qorxuya görə əsassız həbs ediblər.

“Yuxarıdan deyiblər ki, sonuna qədər gedin. Vəzifəli şəxsi həbs etmək belə asan olmur” – bildirib Temur Abazov bu gün baş tutan məhkəmə prosesində.

“Səhvə yol verdilər, televiziya ilə yayımlanan məlumat əsasında həbs etdilər. Amma Temur Abazov orada olmayıb. Temur Abazovun səsi deyildi. Stəkanda barmaq izi olmayıb. Ümumiyyətlə heç kim demir ki, Temur Abazov orada olub və kim deyirsə bu həqiqətə uyğun deyil”.

Temur Abazov hakimə xatırladıb ki, o, Ankarada polis akademiyasını bitirib. Orada nizam-intizam və bilik yüksək səviyyədədir. Böyük təcrübə qazanıblar və belə axmaq hərəkət etməzdi. Belə iş etməzdi və bunu facebook vasitəsilə yayımlamazdı.

“Etdirdiklərini ən alçaq adama etdiriblər. Hamı yaxşı bilirdi ki, özümün və şəxsən tanıdığım Bidzina İvanişvilinin ailəsinə böyük hörmət edirəm” – deyib Abazov məhkəmə iclasında.

Temur Abazov həmçinin qeyd edib ki, o, görünməmiş bir şey edib. Seçkilərə üç həftə qalmış seçkiqabağı kampaniyadan sonra 70% səs toplayaraq rekord qırıb. Abazov öz həbsini bu faktla da əlaqələndirir və deyir ki, “bunu edənin qorxusu var imiş ki, mən onu kölgədə qoyacam. Ona görə də bunu etdi”.

“Mən xalqın qarşısında borcluyam, mənə səs verdilər, onlar gətirdilər, narahat oldular və məni seçdilər. Mən bir çox layihələri başladım və davam etməliyəm. Mən xalq üçün çalışıram və onların xidmətində olmağı planlaşdırıram. Mənim itirəcəyim çox şey var, elə adamlar var ki, itirəcəyi heç nə yoxdur. Mənim atam polkovnikdir və 35 il xidmət göstərib. Üç qardaşım var və üçü də polisdir. Mənim seçki qabağı proqramım və ya çalışdığım dövrü götürün, mən yalnız qanunun dili ilə danışırdım.

Mən Azərbaycanın birinci şəxsini də və Türkiyənin prezidenti Ərdoğanı da tanıyıram. Vəkillərdən və şəxsi əlaqələrdən istifadə edə bilərdim, amma mən heç vaxt bundan istifadə etməyə çalışmamışam və qanun mənim üçün həmişə qanunluq edib.

Olsun girov. Adi rejimdə gündüz bayırda və ya gecə ciddi kontrol altında olum. Prezidentin yeznəsinin dostunu 20 il və ya sonsuz cəza gözləyir və girovla azadlığa buraxıblar.

Mənim səhv addımım istisnadır. Mən istəyirəm ki, yalnız öz ailəmin yanında, evdə olum”
– bildirib Temur Abazov məhkəmə iclasında.

Abazovun çıxışını “Marneuli” Radiosuna Marneuli City təqdim edib.
"Marneuli" Radiosu

 

 

Print