Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcə layihəsi ictimai
müzakirə üçün hazırdır – bu məzmunda bəyanatı bələdiyyə məclisinin
rəsmi veb səhifəsindən oxuyuruq.
İctimai müzakirə olaraq bu halda virtual kommunikasiya düşünülür.
Qeydlər olan halda yerli özünüidarəetməyə məktub yazmaq və güman
ki, 10 gün gözləməli olacaqsınız.
Güman ki, heç kimin iştirak etməyəcəyi oxşar müzakirələr
yetərlidirmi sualına cavab olaraq Amiran Qiorqadze deyir ki, mülki
sektorla görüş planlaşdırırlar və aydındır ki, əhali ilə də görüş
olacaq. Ancaq konkret tarix demirlər və müəyyən olmayan gələcəkdən
danışırlar.
“Əhali ilə görüş keçiriləcək və buraya da dəvət olunacaqlar. Konret
tarix hələ məlum deyil amma başlayacağıq” - dedi
Amiran Qiorqadze.
Büdcənin müzakirəsi zamanı kommunikasiya vacib və daha çox
səmərlidir. Bunu Marneuli Demokrat Qadınlar Təşkilatının sədri Olqa
Endeladze də təsdiq edir və deyir ki, rekomendasiya məktubu yazmağı
planlaşdırırlar ki, dövlət məmurları birbaşa əhali ilə
görüşsünlər.
“Mütləq müzakirələrdə əhali dəyerli məmurlar da iştirak
etməlidir. Bəlkə hansısa maddəni və ya büdcə haqqında məlumatı başa
düşmürlər. Canlı ünsiyyət vacibdir” – dedi Olqa
Endeladze.
Marneulinin QHT sektorunin daha aktiv üzvlərindən biri Səbinə
Talıbova bələdiyyənin büdcəyə daxil olunacaq dəyişikliklərə
məktubla qeyd qəbul edəcəkləri təşəbbüsünü effektisz adlandırır.
Hesab edir ki, əhalinin müəyyən hissəsinin internetdən istifadə
etmək üçün texniki bacarığı yoxdur və heç təcrübədə də oxşar
ünsiyyət qurmayıblar.
“Həqiqətdə meriyanın kəndlərdə, ərazi vahidlərində
nümayəndələri var və qaydaya əsasən onlar əhaliyə və əhalidən də
meriyaya məlumat çatdırmalıdırlar. Təəssüf ki, bu öhdəliyi yerinə
yetirmirlər, ona gör də məlumat əhaliyə və meriyaya
çatmır” – dedi Səbinə Talıbova.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın hüquqşünası Arçil Todua
bizimlə söhbət zamanı deyir ki, maraqlanan vətəndaşlara yalnız
yazılı rekomendasiyalar verməli deyil həm də şifahi rekomendasiya
verməlidirlər. Yəni müzakirə proseinə qoşulmalıdırlar.
“Bu müzakirənin əsası odur ki, əhali də ona qoşulsun.
Vətəndaşlar mütləq iştirak etməlidirlər. Ən vacib sənəd, yerli
büdcə haqqında yazılı və şifahi şəkildə rekomendasiya verə
bilərlər. Qanunvericilik imkan verir ki, vətəndaş yerində
rekomendasiya versin. Bələdiyyə məclisinin bu hüququ
məhdudlaşdırmağa ixtiyarı yoxdur” – dedi Arçil
Todua.
Doğrudur bələdiyyə məclisi ictimai görüşlər imkanını istisna etmir,
ancaq nə zaman olacağı hələ də məlum deyil 2019-cu ilin büdcə
layihəsində Marneuli meriyası həyata keçiriləcək layihələrdə içməli
su, yollar, parkın qurulması, sahil bəndlərinin işləri, mədəni
obyektlərin bərpası, idman üçün mini stadionların qurulması və
bayır işıqlandırmasını qeyd edib.