Saimerlo kəndində suvarma kanalının bərpası dekabrın sonunadək tamamlana bilər
Saimerlo kəndində suvarma kanalının bərpa işləri yenilənib. Kanalın bərpa işlərini Gürcüstan Melorasiya xidməti həyata keçirir. Həmin xidmətin planlar üzrə departamentinin planına Ağmaşenebelidəki kanalın bərpası da daxil idi və həmin kanal Saimerlodan keçir və təqribən 700 metr məsafəni əhatə edir.

Bərpa işləri üzrə departamenrin rəhbəri Giorgi Oniani bizimlə söhbət zamanı bildirdi ki, kanalım bərpası aktiv rejimdə gedir və dekabrın sonuna qədər bitəcək.

“Yay dövründə ona görə dayandı ki, əhaliyə suvarma suyu verirdik. Keçən il təmizləmə işləri apardıq. Bu hissənin bərpası ilə işlər başa çatacaq. İstəyirik ki, yeni il ərəfəsində Saimerlo kəndində 650 metrin betonlama işlərini bitirək” - deyir Giorgi Oniani.

Kanalın bərpası üçün 1 000 000 laridən çox məbləğ xərclənəcək.


Fotonun müəllifi: Ketavav Kvelace
"Marneuli" Radiosu
Print