İranın Xarici İşlər Nazirliyindən deyirlər ki, onların vətəndaşlarını Gürcüstana buraxmırlar
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bahram Qasemi 3 dekabrda bildirib ki, (müəyyən dövr ərzində) İranın 200-ə qədər vətəndaşını sənədləri qaydasında olmasına baxmayaraq Gürcüstana buraxmayıblar. Onun sözlərinə görə, Tehran Tbilisi ilə bu məsələ ilə bağlı həll olana qədər danışıqlar aparmağa davam edəcək.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi deyir: “Bunun səbəbi bizim üçün aydın deyil. Biz bu qərara qarşıyıq və gürcü tərəfi ilə bu məsələni həll etmək üçün danışıqlara davam edəcəyik”.

“Netgazeti”yə XİN-dən bildiriblər ki, bir gündə 200 nəfər İran vətəndaşının ölkəyə buraxılmamasını inkar edirlər. Ancaq mətbuat katibi 3 dekabrda 200 nəfərin buraxılmamasından deyil, “3 dekabra qədər 200-ə yaxın vətəndaşın buraxılmamasından” danışırdı.

“Netagzetinin” indiki vəziyyətə görə (3 dekabr) İranın neçə nəfər vətəndaşının sərhəddən geri qaytarılması ilə bağlı sualına DİN-dən cavab veriblər ki, bu məlumatı ictimai məlumat olaraq nazirlikdən tələb etməlidirlər.

Azadlıq radiosunun məlumatına görə, İranın xəbər agentliyi Fars yazır ki, 30 noyabrda geri qayıtmaq üçün bileti və səyahət sığortası olan, İranın 18 nəfər vətəndaşını ölkəyə buraxmayıblar.

İran vətəndaşlarının buraxılmaması məsələsinə Xaxrici İşlər Naziri Davit Zalkaliani rəy bildirib. Nazirlikdən Netgazetiyə verilən audio qeyddə Zalkaliani jurnalistə deyir ki, İranın XİN-nin nümayəndəsi bildirib ki, 2 dekabrda Gürcüstana hava və quru yolla 200 nəfər İran vətəndaşını buraxmayıblar. O, cavab verir:

“Göstəricilərlə bağlı bizim fərqli mövqeyimiz, fərqli məlumatımız var. Təbii ki, Tbilisidə onların səfirliyi ilə ünsiyyət olacaq və bu istiqamətlərin hamısı ilə bağlı bizim tərəfimizdən onlara məlumat veriləcək. Onların da mövcud suallara cavab vermək imkanı olacaq”.

Mənbə: Netgazeti
Print