Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili seçkilərlə bağlı
İkinci İlyanın xütbəsinə münasibət bildirib.
Onun dediyinə görə, patriarxdan tutmuş “hər kəs səslərin
oğurlandığını qəbul edir”.
“Patriarxdan tutmuş sadə vətəndaşlara qədər hər kəs
qəbul edir və deyir ki, “səslər oğurlanıb”... Oğurlayıblar,
nəticəni qəbul etməliyik??? Heç vaxt!!! Heç cəhd də etməyin! Cavab
olacaq, özü də güzəştsiz!” – o, "Facebook"
səhifəsində yazıb.
9 dekabr tarixində xütbə zamanı Gürcüstan Pravoslav Kilsəsinin
patriarxı seçkilərdə aşkar olunmuş pozuntular barədə yayılmış
məlumatlara toxunub və belə dəyərləndirib:
“Səslərin oğurlanması ilə bağlı tez-tez eşitmək olurdu.
Salome xanım oğurlamayıb ki, yenə də biz oğurlamadıq? Yenə də bizim
çatışmazlığımızdır. Seçkilər vaxtı bir səs belə artıq olsa, həmin
adam qalibdir”, – patriarx deyib.