Abazov həbsxanada uzanmış saçı ilə öz səbr bacarığını diqqətə yetirir
13:18 / 07.01.2019
Seçkilərdən
sonra həbsdən girov qarşılığında azad edilən Temur Abaazov şəxsi
instagram səhifəsini yenidən aktivləşdirib.
O,
salonda çəkilmiş fotosunu yerləşdirib və güman ki, 7 ay ərzində
uzanmış, qıvırcıqlaşmış saçlarını kəsdirməyi planlaşdırır.
O, səbr etməyi və daha yaxşı gələcəyi diqqətə yetirib -
"əsas səbr etməkdir və hər şey yaxşı
olacaq!" - yazır Abazov.
Xatırladaq ki, Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata
keçirilən təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair
Marneuli merini məhkəmə 14 iyunda həbs edib.
Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3 maddəsinin
2-ci hissəsinin "a" altbəndi ilə və 25,157.1 maddəsinin birinci və
ikinci hissələri ilə başlayıb. 2018-ci ilin prezident seçkilərindən
sonra o, girov ödəməklə azad olunub.
Abazovun məhkəmə prosesi hələ də davam edir. Abazovun Marneuli
merliyi vəzifəsi məhkəmə hökmünə qədər dayandırılıb. O, Marneuli
meri vəzifəsini davam etdirəcək ya yox bu məhkəmə qərarına
bağlıdır.