"Aversi" klinikasında 5 yaşlı uşaq dünyasını dəyişib
12:57 / 18.01.2019
Mediada
yayımlanan 5 yaşlı uşağın H1N1 virusundan dünyasını dəyişməsi
haqqında məlumatı "Aversi" klinikasından
təsdiqləmirlər.
Qeyd
edirlər ki, ehtimalla səhv məlumat yayılıb.
Bizimlə söhbət zamanı Aversinin nümayəndəsi Xatuna Ebralidze deyir
ki, beş yaşlı uşaq 17 yanvarda gecə dünyasını dəyişib. Ancaq
səbəbin donuz qripi olmasına dair onlarda laborotoloji arayış
yoxdur. O, qeyd edir ki, uşağın serebral iflici var imiş və onun
sağlamlıq durumuna epilepsiya da əlavə olunub.
"Belə xəstələr adətən kiçik bronx və ya tənəffüs
yolları infeksiyasından dünyalarını dəyişirlər. Vacib deyil ki, bu
H1N1 virusu olsun. Ancaq uşaq gətirilən kimi laborotoloji test
etmədik. Həmin an elə protokolla verilmiş müalicəyə başlanıldı.
Antivirus və başqa əlavə müayinələrə başlanıldı. Antivirus
preparatı qəbul olunduqda sonra artıq xəstəliyi təsdiqləyə
bilmirsən və ehtiyac da yox idi" - deyir Xatuna
Ebralidze.
Hələ ki, Aversi klinikasında donuz qripindən 4 nəfər müalicəsini
davam etdirir.