Milli Ərzaq Agentliyinin məlumatına görə
2018-ci ilin göstəriciləri ilə uşaq qidalarında, balıqda, çörək
məhsullarında, dənli və tərəvəzlərdə qurğuşun tərkibi artıq
deyil.
Müəyyən edilən normaya uyğunsuzluq xam südün
15 və ədviyyatların 8 nümunəsində qeydə alınıb.
Agentlik tərəfindən yayımlanan məlumatda deyilir ki, ərzağın 1176
nümunəsində qurğuşunun normadan uyğunsuzluğu 23 halda aşkar
olub.
“2018-ci ildə dövlət yoxlayışı çərçivəsində
akreditasiyadan keçmiş laboratoriyada 1176 nümunə tədqiq olunub,
onlar arasında: süd və süd məhsulları 82, ət və ət məhsulları –
335, balıq və balıq məhsulları – 47, yumurta – 68, uşaq qidaları –
48, ədviyyatlarda və tərəvəzdə - 340 nümunə araşdırılıb. 1176
nümunədən 23-də pozuntu qeydə alınıb, bu isə ümumi sayın 2 faizini
təşkil edir. Qurğuşun norması uşaq qidalarında, balıqda, çörək
məhsullarında, dənli bitkilərdə və tərəvəzdə normanı aşmır. Keçən
illərlə müqayisədə ət nümunələrində də qurğuşunun artmış norması
qeydə alınmayıb.
Müəyyən edilmiş norma ilə uyğunsuzluq xam südün 15 və ədviyyatların
8 nümunəsində (2017-ci ildə ədviyyatlarda 33 pozuntu qeydə
alınmışdı) qeydə alınıb. Pozuntu haqqında müvafiq xidmətə məlumat
verilib və məhsula nəzarəti Milli Ərzaq Agentliyi həyata
keçirib.
Ərzaqda qurğuşun tərkibi üçün götürülən nümunələrdə pozuntuların
sayının azalması bazar kontrolunun aktivləşməsinə və regionlarda
tullantıların idarəsi sisteminin yaxşılaşmasına səbəb
oldu” – deyilir agentliyin
məlumatında.