Özü qərar qəbul etdi - "Gürcü Arzusunun" deputatları Abazovun istefa verməsi haqqında

“Özü bəyanat verdi və özü qərar qəbul etdi, yəqin onun baxışından belə olması vacib imiş”

- parlament üzvü Tamaz Naveriani dünən, 12 fevralda Marneuli meri Temur Abazovun bələdiyyə məclisində vəzifədən getməsi ilə bağlı ərizə daxil etməsi haqqında yayılan hadisə ilə bağlı deyir.

Bizimlə söhbət zamanı “Gürcü Arzusu”nun deputatı deyir ki, Abazovun qərarını qiymətləndirə bilmir.

“Mən onun qərarına həqiqətən rəy bildirə bilmərəm və qiymətləndirə bilmərəm. Özü ittiham olunduğu işdə rolunun nə qədər olduğunu daha yaxşı bilər” - Tamaz Naveriani deyir.

Abazovun istefası qərarını digər Marneulili “Gürcü Arzusu”nun deputatları da şəxsi qərar adlandırırlar.

“Bu şəxsi bəyanatdır və şəxsi fikridir. Onun hər hansı qərarına biz hörmət edirik nə deyə bilərəm. Bu onun şəxsi bəyanatıdır” - Ruslan Hacıyev deyir və qeyd edir ki, keçmiş merin qərarının nə qədər düzgün olmasını özü daha yaxşı bilir.

“Bu qərarı o, özü qəbul edib və belə lazım bilibsə deməli qərardan heç kim şikayət edə bilməz” - Mahir Dərziyev deyir.

“Gürcü Arzusunun” üç deputatı da qeyd edir ki, Abazov qərarı özü qəbul edib və buna görə də onun vəzifəsini tərk etməsini qiymətləndirə bilməzlər.

Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu arayış olaraq qəbul etməlidir.

İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.

Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.

"Marneuli" Radiosu

 

Print