9 Aprel: faciənin xronologiyası
9 aprel Gürcüstanın tarixində iki vacib hadisəni birləşdirir – 1989-cu ilin faciəsini və 1991-ci ildə müstəqilliyin bərpasını. Rus ordusu tərəfindən Tbilisidə 21 nəfərin öldürülməsi ümumi şəkildə tabe olmamağa səbəb oldu. Nəticə isə Gürcüstanın müstəqilliyinin bərpası ilə başa çatdı.

9 aprel faciəsinə səbəb olan hadisələr

9 aprel faciəsinə qədər 3 həftə əvvəl Abxaziyada “Lixani” Assambleyası keçirildi. Bu Gürcüstandan abxaz əhalisinin bir hissəsini ayırdı və respublika statusu tələb etdilər.
Məlumat Azadlığı İnkişaf İnstututunun (İDFİ) tələb etdiyi, Amerika Birləşmiş Ştatlarının arxiv sənədlərində yazılıb ki, 1989-cu ilin 15 mart tarixində Abxaziyanın Komunist partiyasının sədri Boris Adleiba Sovet Şurası və Gürcüstanın Ali Şurasının adından petisiya imzalayıb. Petisiyada Abxaziyaya bağlayıcı republika statusu verilməsini və ya birbaşa Moskvanın tabeçiliyinə keçməsini tələb edirmiş.

Abxaziyada separatist əhval-ruhiyyənin gücləndirilməsi ilə yanaşı, separatizm və Moskvanın anti-gürcü siyasətinə qarşı dinc ksiyalar başladı. 4 aprel tarixində hökumət evinin qarşısında on minlərlər əhali toplandı, onlar aclıq elan etdilər, ikinci gün isə onların sayı daha da çoxaldı.

5 aprel tarixində Tbilisi iflic vəziyyətə salınmışdı. Fəhlələr etiraz etdilər, tədris müəssisələri bağlandı. Gürcü mediası həmin gün baş tutan aksiyaları işıqlnadırmayıb. Yerli şura hakimiyyəti vəziyyətə dair kontrolu itirdi.

ABŞ-ın dövlət arxivinin sənədlərindən birinə (1989-cu ilin 7 aprelində) əsasən, 6 aprel tarixində vilayət komitəsi Abxaziyanın birinci katibini Adleibanı Abxaziya üçün müstəqillik tələb etdiyinə görə vəzifədən azad edib. Bu isə aprelin 7-də Abxaziyada ona dəstək aksiyasının keçirilməsinə səbəb olur. Qeyd olunan sənəddə nümayişə dair gürcü liderləri arasında narazılıqdan da söhbət gedir. “İlia Çavçavadze İttifaqı” hərəkatı və “Rustavelinin cəmiyyəti”nin liderləri hesab edirdilər ki, aksiya zamanı etirazın əsas mövzusu Abxaziya məsələsi idi, ancaq milli-demokratik partiya və milli müstəqillik partiyasının nümayəndələri tələb edirdilər ki, istiqamətlənmə bir şeyə, Gürcüstanın Sovet Şurasından çıxması tələbinə yönəlsin.

9 aprelin cəzalandırma əməliyyatı

7 aprel tarixində Gürcüstanın Kommunist Partiyasının birinci katibi Cumber Patiaşvili Moskvadan, Sovet Şurası hakimiyyətinin qrafikini bərpa etmək üçün köməkçi qüvvəərin göndərilməsini tələb etdi. Həmin gün Permdən və Voronejdən Tbilisiyə xüsusi təyinatlılar daxil oldular. 8 aprel tarixində ABŞ-ın gizli xidməti adına göndərilmiş şifrəli sənəddə yazılıb ki, Gürcüstanda etnik konflikt təhlükəsi mövcuddur. Sənəddə Dağlıq Qarabağın ətrafında başlayan erməni-azərbaycan konfliktinə diqqət yetirilib.

9 aprel tarixind, saat 11-də Tbilisidə komendant saatl elan olunur. Bu haqda əhali saat 22:15-də məlumat alır. Şəhərin hərbi komendantı olaraq Sovet Şurası ordusunun generalı İqor Rodionov təyin olunur. Məhz 9 aprelin cəzalandırma əməliyyatının rəhbəri o, idi.

9 aprel tarixində, səhər yaxın rus ordusu Rustaveli prospektində toplanmış sakit nümayişi dağırmağa başladı. Aksiyanı dağıdan zaman Sovet Şurası ordusu zəhərli kimyəvi vasitələrdən, odlu silahdan, zirehlilərdən və tanklardan istifadə etdi. Həmin gecənin hadisələrində 20 nəfər qurban oldu. Bir vətəndaş isə komendant saatı zamanı rus əsgərləri tərəfindən öldürüldü.

Həmin gün yüzlərlər şəxs şikəst oldu, nümayişçilərin böyük hissəsi zəhərləndi. Zərər çəkənlərin və əhalinin sağlamlığına hansı zərər dəydiyinin dəqiq sayı məlum deyil.

Şahidlər qanlı dağıtmanı necə xatırlayırlar

Bir neçə il bundan əvvəl Bloqma Burusi 9 aprel faciəsinin şahidlərinin xatirələrini yayımladı.

Şota Jvaniya, zərərçəkmiş: “Rus əsgərləri kişilərlər bacarmaırdılar deyə qadın və uşaqların başına vururdular. Qan gölməsində dururdum və onlara kömək edə bilmirdim. Çünki dörd rus əsgəri məni döyərək harasa sürükləyirdi. Güclə canımı qurtardım və evə qədər ayaq yalın qaçdım.”

Qela Arabuli, zərərçəkmiş: “Lenin meydanından (o zamankı) zirehlilər gələndə hökumət iqamətgahının sağ tərəfində, pilləkanlarda dururdum. Əsgərlər kürək və qalxanla gəlirdilər. Xalq sakit oturmuşdu, heç kim heçnə etmirdi, heç kim heç kimi döymürdü. Əsgərlər təqribən beş dəqiqə durdular. Birdən əhalini döyməyə başladılar. Tezliklə onlara Çitadze küçəsindən başqa əsgərlər də köməyə gəldilər.”

Soso Paiçadze: “Doqquz apreldə, səhər hökumət evinin qarşısına getdim. Gözümün qarşısında dəhşətli səhnə var idi: Pilləkənlərdə, daşların üzərində, küçələrdə, yaşıl kollarda, gördüyüm hər yerdə və hər şeydə paltar kəskikləri, ayaqqabılar, əsasən qadın geyimləri, papaqlar, kağız qırıntıları, bir-birinə qarışmış əl çantaları, çatalardan tökülmüş daraqlar, kiçik güzgülər, dəsmallar var idi; Baş örtüləri, qazet kəsikləri, pençəklər, parfumeriya töküntüləri, bijuteriya. Asfaltda hələ də zirehli maşınların izi, daşların üzərində is dəhşətli şəkildə parıldayan qan ləkələri var idi”.

Müstəqilliyin bərpası

1989-cu ilin 9 aprel faciəsindən sonra, müstəqilliyin bərpası sarsılmaz proses şəkli aldı. 1991-cı ilin 31 martında Gürcüstan Prezidenti Zviad Qamsaxurdiya vahid Gürcüstan miqyasında referendum keçirdi, sadə Gürcüstan vətəndaşlarına yeganə sual verdilər: “Gürcüstan dövlətçiliyinin 1918-ci ilin 26 may müstəqillik bəyənnaməsinə müvafiq olaraq bərpa olunmasına razı idilər yoxsa yox?”.

Referendumda gürcü seçicilərin 90% iştirak etdi, onlardan 90% müstəqilliyi seçdi. O, da vacibdir ki, sorğuda hələ Gürcüstanın kontrolu altında olan Abxaziya və Cənubi Osetiya sakinləri də iştirak edirdilər.

1991-ci ilin 9 aprelində, 2 il əvvəl Rusiya ordusu tərəfindən öldürülənlərə hörmət olaraq, Gürcüstan Prezidenti Zviad Qamsaxurdiya vahid Gürcüstanın müstəqilliyini elan etdi.

(Videonu Linki)

Mənbə: On

Print ელ. ფოსტა
FaceBook Twitter Google