Vedisidə dünən 4 nəfər yaralanıb
Vedisidə dünən 4 nəfər yaralanıb. Onlar arasında Gürcüstanın gənclər yığmasının keçmiş üzvü, raqbiçi, Laşa Sajaia da var. Yaralananlar xəstəxanaya yerləşdirilib. Dördündən birinin ciyər nahiyəsində zədə olub və vəziyyəti ağırdır.

Vedisidə yaşayanların məlumatına görə, onlar bir neçə atəş səsi eşidiblər. Bayıra çıxanda isə cinayətkar artıq qaçıbmış və 4 şəxs yaralı imiş.

Hadisə ilə bağlı istintaq Gürcüstan CM-nin 19-109-cu maddələrinə əsasən gedir. Maddə ağır vəziyyətdə qəsdən adamöldürməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google