Vedisidə dünən 4 nəfər yaralanıb. Onlar arasında Gürcüstanın
gənclər yığmasının keçmiş üzvü, raqbiçi, Laşa Sajaia da var.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Dördündən birinin ciyər nahiyəsində zədə olub və vəziyyəti
ağırdır.
Vedisidə yaşayanların məlumatına görə, onlar bir neçə atəş səsi
eşidiblər. Bayıra çıxanda isə cinayətkar artıq qaçıbmış və 4 şəxs
yaralı imiş.
Hadisə ilə bağlı istintaq Gürcüstan CM-nin 19-109-cu maddələrinə
əsasən gedir. Maddə ağır vəziyyətdə qəsdən adamöldürməni nəzərdə
tutur.