Qurcaani rayonunun Kalauri kəndində bir kişini evində qətlə
yetiriblər.
İnterpresnyusun verdiyi məlumata görə, qətlə yetirilən şəxsin bədən
və baş nahiyəsinə küt əşya ilə çoxsaylı xəsarətlər yetirilib.
Hadisə gecə saatlarında baş verib. Artıq bir neə saatdır ki,
ərazidə ekspertlər araşdırma aparırlar. İstintaq işi davam
edir.
Daxili İşlər Nazirliyindən bildirirlər ki, CM-in 108-ci maddəsi
üzrə istintaq işi açılıb. Nazirlikdən onu da bildirirlər ki, qətldə
şübhəli bilinən şəxsin axtarışı davam edir.
Cm-in həmin maddəsi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.