Xurvaleti sakini 58 yaşlı Teymuraz Dudaşvili Tsxinvali
nəzarətxanasından azadlığa buraxılıb.
Bu haqda “İnterpresnyus”a Dövlət Təhlükəsizlik Xidmətindən
bildiriblər. Dudaşvili hal-hazırda Gürcüstan mərkəzi hakimiyyətinin
nəzarətində olan ərazidədir.
58 yaşlı Teymuraz Dudaşvilini rus işğalçıları 5 iyun tarixində
saxlamışdılar.