Gürcüstan dünyanın ən sülhsevər ölkələri siyahısında yer alıb
İslandiya “qlobal sülh indeksinə” başçılıq edir. Reytinq cədvəlində ilk beşliyi Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka tamamlayır.

"Marneuli" Radiosu xəbər verir ki, 163 ölkədən ibarət siyahını Beynəlxalq iqtisadiyyat və sülh institutu hazırlayıb.

Gürcüstan qonşu ölkələr arasında ən sülh sevər ölkədir. Siyahıda Gürcüstan 102-ci yerdə qərarlaşıb.

BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdən Britaniya 57-ci, Fransa 61-ci, Çin 122-ci, ABŞ 121-ci, Rusiya 154-cü yerdə qərarlaşıb.

Reytinqdə ən axırınca yerdə vətəndaş müharibəsinin davam etdiyi Suriya Ərəb Respublikası gəlir. Azərbaycan indeksə görə 132-ci yerdə göstərilib. İran 131-ci, Ermənistan 120-ci, Türkiyə 149-cu, Ukrayna isə 152-ci pillədə yer alır.

İndeks hazırlanan zaman 23 müxtəlif faktor nəzərə alınıb. Sənədin müəllifləri qeyd edir ki, son on il ərzində dünyada sülh göstəricisi ən aşağı səviyyəyə düşüb. Təkcə ötən il zorakılıqların, o cümlədən müharibələrin qlobal iqtisadiyyata 14,8 trilyon dollar ziyan vurduğu bildirilir.





Print ელ. ფოსტა
FaceBook Twitter Google