İdarəçi komanda oyun biznesində yeni tənzimləmələr təyin etməyi
planlaşdırırlır.
Dəyişikliklərə əsasən onlayn azart oyunlarda iştirak etmək yalnız
bank hesabı ilə olacaq. Parlament çoxluğunun üzvü Levan
Qoqiçaişvili izah edir ki, şəxs ilk əvvəl məbləği öz hesabına daxil
etməlidir və daha sonra sürətli ödəmə aparatı ilə ödəməlidir.
"Bu gün saxta hesabla "Acarabetdə" və ya "Liderbetdə"
adi şəkildə məbləği daxil edə bilərsiniz. Dəyişikliklərə əsasən
məbləği daxil etmək rəsmi hesabla olacaq ki, dövlət istifadəçinin
nə qədər məbləğ çıxardığını və ya daxil etdiyini görsün. Sistem
onlara saxta hesabdan istifdə etmək imkanı verməyəcək. Əgər məlum
olsa ki, şirkət saxta hesablarla çalışır, ciddi cərimə təyin
ediləcək. Məsələn, mars 37 və ya başqa şəxsi hesab kimi hesablar
olanda dəyişikliklərdən sonra hesabat üçün bankda hesab açmalı
olacaqlar”, - deyir bildirdi deputat.
Levan Qoqiçaşvili deyir ki, qanunlayihə ilə azart oyunlarla məşğul
olan şəxslərin yaş həddi də nəzərər alınacaq. Onun sözlərinə görə,
indiki mərhələdə 21 yaş qeydə alınır. “Gürcü arzusu”nunun üzvünün
dediyinə görə, dövlətin biznesin bu sektorunu tənzimləməsi
cəmiyyətin sifarişidir.
Parlament çoxluğunun üzvünün sözlərinə görə, qanunlayihə Parlamentə
yaxın gələcəkdə daxil olacaq.
Saqstatın məlumatına görə, 2017-ci ilin 10 ən yüksə dövriyyəsi olan
şirkətdən üçü totalizatordur. Milli Statistika Xidmətinin siyahısı
sığorta şirkətinin və Milli Bankın nəzarət xidməti altında olan
maliyyə sektorunu əhatə etmir.