Zaza Saralidze - əgər hakimiyyət tərəfindən konkret addımlar atılmasa 10 iyun tarixində siyasi partiyaların aksiyasına qoşulacam
Xorava küçəsində öldürülən yeniyetmə David Saralidzenin atası Zaza Saralidze hakimiyyətin 10 iyuna qədər konkret addımlar atmayacağı halında aksiyaları davam etdirməyi planlaşdırır. Onun jurnalistlərə bildirdiyinə görə, əgər bu addımlar atılmazsa 10 iyunda siyasi partiyalar tərəfindən anons edilən aksiyaya mütləq gedəək. Saralidzenin dediyinə görə, o, konkret soyadlar bildirib və həmin şəxslərin saxlanılması üçün tam əsaslar mövcuddur.

“10 iyuna qədər konkret addımların atılmasını gözləyirəm. İstintaqın nəticələrini çox yaxşı bilirəm. Mənim planlarımı da hamı yaxşı bilir. 10 iyun tarixinə qədər müddət vermişəm və konkret şəxsləri bildirmişəm. Onları saxlamaq üçün tam əsas var. Həmin şəxsləri saxlamasalar ədalətin bərpası üçün aksiyalar davam edəcək”, - bildirib Zaza Saralidze.

Print ელ. ფოსტა
FaceBook Twitter Google