Tea Tsulukianinin istefa etməsi tələbi ilə aksiya baş tutacaq
Ədliyyə nazirinin, Tea Tsulukianinin istefa etməsi tələbi ilə bu gün, 8 iyun tarixində Ədliyyə Evinin qarşısında aksiya baş tutacaq. Aksiyanın təşkilatçısı azadlıq üçün təşəbbüs qrupudur. Aksiya saat 19:00-da başlayacaq.

Aksiyanın təşkilatçıları hesab edirlər ki:
  • Ədliyyə naziri məhkəmə sisteminin refromasına görə məsuliyyət daşıyır və bu həyata keçirilməyib.
  • Ədliyyə naziri hüquq mühafizəçiləri tərəfindən törədilmiş cinayətləri araşdıracaq müstəqil istintaq orqanının yaranmasının qayğısına qalmadı.
  • Ədliyyə naziri istefasından sonra prokuror Şotadzeyə yaşı yerinə yetirdiyi işgüzarlığın görə təşəkkür etdi.
  • Ədliyyə naziri ədliyyə sistemində ştat sayını məqsədsiz şəkildə artırdı və nazirliyi partiya aktivistləri doldurdu.
“Prokurorluğa qarşı etibarın bərpa olunması üçün Baş Prokuror olaraq elə şəxs seçilməlidir ki, idarəçi partiyaya bağlı olmasın və yüksək ictimai etibarı olsun. Yuxarıda qeyd olunan səbəblərə görə, biz əminik ki, Tea Tsulukiani müdtəqil prokuror seçməyəcək. Onun əvvəlki səhvlərini və çatışmamazlıqları nəzərə alaraq, məhz ona görə də ədliyyə nazirinin dərhal istefa etməsini və mülki ictimai müsabiqə nəticəsində yeni ədliyyə nazirinin seçilməsini tələb edirik”, - deyilir aksiya təşkilatçıları tərəfindən yayımlanan məlumatda.

Tea Tsulukianinin istefası tələbini QHT-lər irəli sürüb. 5 iyun tarixində baş tutan mətbuat konfransında onlar bildiriblər ki, Baş Prokurorluğa namizədi bildirməyiblər və yalnız yeni ədliyyə naziri olan şəraitdə Baş prokurorla bağlı konsultasiyalar edəcəklər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google