Uşaqları Qomboriyə ekskursiyaya aparan mikroavtobus dərəyə aşıb - biri yeniyetmə olmaqla 4 nəfər dünyasını dəyişib
Qombori aşırımında baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb. DİN-in məlumatına görə, dünyasını dəyişənlərdən biri yetkinlik yaşına çatmamış şəxsdir.
21 nəfər yaralanıb, onlardan 12-si yetkinlik yaşına çatmamış şəxsdir. Yaralılar Telavi Referal Xəstəxanasına yerləşdirilib, Qəza nəticəsində yaralananlardan birini Tbilisi İaşvili klinikasına, qəza nəticəsində dünyasını dəyişmiş uşaqlardan birinin anasını isə Tbilisi Travmatologiya xəstəxanasına gətiriblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci bəndi üzrə istintaq işi başlayıb. Həmin maddə nəqliyyat vasitələrinin iki və daha çox insanın ölümünə səbəb olan istismarı qaydasının pozulmasını nəzərdə tutur.
qəza bu gün səhər saatlarında baş verib. Tbilisi məktəblərindən birinin 6-cı sinif şagirdlərini Kaxetiyə ekskursiyaya aparan mikroavtobus dərəyə aşıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google