Qaxaria mütləq evinə getməlidir, həmçinin Şotadzeni zurna-balabanla yola saldıqlarına görə Tea Tsulukianinin istefasını da tələb edirəm - Zaza Saralidze
Qiorqi Qaxaria vəzifəsinə layiq deyil və o, mütləq evinə getməlidir. Bu haqda Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze jurnalistlərə Rustaveli prospektində bildirib.

“Tələblərim tamamilə dəyişilməz qalır. Qatillər, onları gizləyənlər cəzalandırılmalıdırlar. Qaxaria mütləq evinə getməlidir və yerinə bu işləri sona çatdıra biləcək nazir gəlməlidir”
, - deyə Zaza Saralidze bildirib.

Saralidzenin dedyiniə görə, Qaxaria istintaq işi başlatmayıb.

“Qaxaria heç bir şeyə başlamayıb, bu axmaqlıqdır. Hansısa Morçadzeni saxlayıblar və bununla Mixeil Kalandianın ifadəsini doğrulamağa çalışırlar, guya Mixeil Kalandia məhkəmədə yalan ifadəni təzyiq altında verib. Belə edirlər ki, Kalandianı həbs etmək üçün əsas olmasın.

Həmçinin, Şotadzeni zurna-balabanla, əl çalaraq, az qala qəhrəmanlaşdıraraq göndərdiyinə görə, Tea Tsulukianinin istefasını da tələb edirəm. Dünən şərh də oxudum, istefa etmək fikrində deyil. Şotadzenin hadisələri bilməməsi və işlərin gedişindən xəbəri olmamasına kimsə inanır?”
, deyə Saralidze bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google