Gürcüstan daxili İşlər Nazirliyinin bəyanatına görə,
Təxirəsalınmaz Yardım Əməliyyatlarının İdarəolunması Mərkəzi 112-də
proqramda yaranmış problemlərə görə, zənglərin qəbulunda
çatışmazlıqlar yaranıb.
Daxili İşlər Nazirliyi əhalini təxirəsalınmaz yardıma ehtiyac
olduğu halda
112 xidmətinin facebook səhifəsinə xüsusi mesaj olaraq
yazmağa çağırıb.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, 112 xidmətinin
proqramçılar qrupu problemin aradan qaldırılması üçün intensive
şəkildə çalışırlar və qeyd olunan problem ən qısa zamanda aradan
qaldırılacaq.
“Yaranmış vəziyyətə görə üzr
istəyirik” – deyə bəyanatda qeyd edilib.