Güclü yağışdan sonra Tbilisidə bina uçub (Foto)
11 iyun tarixində, gecə saatlarında başlayan güclü yağışdan sonra Tbilisidə Avlabarda Metexi küçəsində binanın bir hissəsi uçub və avtomobili də özü ilə aparıb.

Fotonun müəllifi Gvanca Jobava deyir ki, bina qəza vəziyyətində imiş və bu gün səhər uçub. Fövqəladə Halların İdarəsi Agentliyindən verilən məlumata görə bina səhər saat 10:00-da uçub. Bina qəza vəziyyətində imiş. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Fövqəladə Halların İdarəsi Agentliyiyinin məlumatına görə Tbilisidə güclü yağış nəticəsində saat 01:00-göstəricilərinə əsasən xilasedicilər 153 dəfə çağırılıb. Ancaq çağırışların bir hissəsi yalan çıxıb. Fövqəladə Halların İdarəsi Agentliyinə zərərçəkənlər haqqında məlumat daxil olmayıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google