İnqoroğva klinikası Vahid Milli Hərəkat partiyasının üzvü ilə insidentə görə, həkimi işindən azad edib

“Milli Hərəkat Partiyasının” üzvü Nino Kvitiaşvilinin dediyinə görə, İnqoroğva Universitet Klinikasının həkimi onunla qeyri-etik davranıb.

Klinika həmin həkimi işdən azad edib. Klinikanın direktoru Qiorqi İnqoroğvanın dediyinə görə, həkim Murtaz Mamaqeişvilinin işdən azad olunmasına səbəb onun tibb etikası normalarını pozması olub.

Hadisə dünən 11 iyun tarixində baş verib. Nino Kvitaişvilinin “Netqazeti”-yə bildirdiyinə görə, Rustaveli prospektindəki etiraz aksiyası zamanı yüngül xəsarət alıb. Təcili tibbi yardım onu İnqoroğva klinikasına aparıb. Nino Kvitaişvilinin dediyinə görə, həkim ona “Sənə bu da azdır” deyib. Partiyanın üzvünün dediyinə görə, həkim bu ifadələri onun “Milli Hərəkatt Partiyası”nın üzvü olduğunu öyrəndikdən sonra işlədib.

11 iyun tarixində polis Rustaveli prospektində Zaza Saralidzenin tərəfdarlarının çadırlarını yolun hərəkət hissəsindən səkiyə qaytardığı zaman aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb. Nino Kvitaişvili məhz bu zaman xəsarət alıb.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google