DTX-nin rüşvətə qarşı agentliyinin əməkdaşları aparılan
operativ-axtarış və istintaq nəticəsində xüsusi olaraq böyük
miqdarda rüşvət götürmə faktına dair
Saqareco bələdiyyə məclisinin üzvü Konstantine Ğ. və Milli Meşə
Agentliyinin əməkdaşı Gela Mş saxlanılıb. Bu haqda DTX-dən məlumat
veriblər.
Onların məlumatına görə, istintaq müəyyən edib ki, qeyd olunan
şəxslər Saqareco bələdiyyəsinin Ucarma kəndinin ərazisində yerləşən
dövlətə aid olan 14 hektar torpaq sahəsinin və orada yerləşən gölün
uzun müddətli icarəyə verilməsinə dəstək qarşılığında vətəndaşdan
rüşvət olaraq 280 000 ABŞ dolları tələb ediblər.
İstintaq xidmətinin məlumatına görə, DTX-nin rüşvətə qarşı
agentliyinin əməkdaşları Konstantine və Gela tələb olunan rüşvətin
hissəsinin – 30 000 ABŞ dolların alınması faktına görə
saxlanılıb.
İstintaq rüşvət götürmə faktına dair Gürcüstanın 338-ci maddəsinin
3-cü hissəsi ilə gedir. Maddə cəza olaraq 11-dən 15 ilə qədər
azadlıqdan məhrum edilməni nəzərdə tutur.
İstintaqı DTX-nin rüşvətə qarşı agentliyi həyata keçirir.