Böyük miqdarda rüşvət götürmə ittihamına görə Saqareco bələdiyyə məclisinin üzvü və Milli Meşə Agentliyinin əməkdaşını həbs ediblər
DTX-nin rüşvətə qarşı agentliyinin əməkdaşları aparılan operativ-axtarış və istintaq nəticəsində xüsusi olaraq böyük miqdarda rüşvət götürmə faktına dair Saqareco bələdiyyə məclisinin üzvü Konstantine Ğ. və Milli Meşə Agentliyinin əməkdaşı Gela Mş saxlanılıb. Bu haqda DTX-dən məlumat veriblər.

Onların məlumatına görə, istintaq müəyyən edib ki, qeyd olunan şəxslər Saqareco bələdiyyəsinin Ucarma kəndinin ərazisində yerləşən dövlətə aid olan 14 hektar torpaq sahəsinin və orada yerləşən gölün uzun müddətli icarəyə verilməsinə dəstək qarşılığında vətəndaşdan rüşvət olaraq 280 000 ABŞ dolları tələb ediblər.

İstintaq xidmətinin məlumatına görə, DTX-nin rüşvətə qarşı agentliyinin əməkdaşları Konstantine və Gela tələb olunan rüşvətin hissəsinin – 30 000 ABŞ dolların alınması faktına görə saxlanılıb.

İstintaq rüşvət götürmə faktına dair Gürcüstanın 338-ci maddəsinin 3-cü hissəsi ilə gedir. Maddə cəza olaraq 11-dən 15 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
İstintaqı DTX-nin rüşvətə qarşı agentliyi həyata keçirir.

Mənbə: İnterPressNews
Print