Marneuli meri Temur Abazova qarşı rəsmi olaraq ittiham irəli sürüldü

Kvemo Kartli regional polis idarəsinin təcridxanasından çıxarkən Abazovun vəkili Zviad Asatiani bəyan edib.

O, deyib ki, Abazov özünü kifayət qədər yaxşı hiss edir.

Prokurorun ittihamını qəbul edib etməməsi ilə bağlı suala cavab olaraq vəkil deyib ki, onun müdafiə etdiyi şəxs susma hüququndan istifadə edir. Prokurorluq ilkin həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə bu gün müraciət edəcək.

Marneuli meri Temur Abazov dünən saxlanılıb. Onun saxlanılması Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftar faktı ilə bağlıdır. Hadisə ilə bağlı Gürcüstan prokurorluğu araşdırma aparır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google