Mamuka Baxtadze Baş-Nazir olaraq təqdim olunub
Parlament çoxluğu Baş-Nazir vəzifəsinə Mamuka Baxtadzenin namizədliyini təqdim edib. Bu haqda bu gün, 14 iyun tarixində “Gürcü Arzusu”nun siyasi şurasının iclası başa çatdıqdan sonra məlum olub. Baxtadze indiyə kimi maliyyə naziri vəzifəsini tuturdu.

Baş-Nazir vəzifəsi dünən, 13 iyun tarixində Giorgi Kvirikaşvilinin istefasından sonra boş qalmışdı. Müvafiq olaraq, hökumətin tam tərkibi istefa vermiş hesab olunur. Giorgi Kvirikaşvili bildirib ki, “Gürcü Arzusu” partiyasının sədri və keçmiş baş-nazir Bidzina İvanişvili ilə aralarında tez-tez fikir müxtəlifliyi olub və o, hesab edir ki, indi onun istədiyi kimi hökumət tərkibini toplamaq imkanı olmalıdır.

Gürcüstan Konstitusiyasına əsasən Gürcüstan Baş-Nazirinin səlahiyyəti başa çatır, onun öhdəliyini müavini yerinə yetirəcək (indiki halda Dimitri Kumsişvili).

Parlament çoxluğu olan siyasi qüvvə isə (indiki halda “Gürcü arzusu”) yeddi gün ərzində Baş-Nazirliyə yeni namizəd təqdim etməlidir. Baş nazir vəzifəsinə yeni namizəd özlüyündə hökumətin yeni tərkibini və yeni proqramı əks etdirir.

Bundan sonra Gürcüstan Prezidenti Baş Nazir postuna yeni namizədi təqdim edəcək, Prezident isə 7 gün ərzində parlamentə namizədləri təqdim edir, nəticədə isə parlament yeni hökumətə etimad göstərməlidir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google