İrakli Kobaxidze – Mamuka Baxtadzenin ölkəni idarə etmək üçün çox dərin təhsili, hərtəfəli təcrübəsi və bacarığı var

Mamuka Baxtadzenin ölkəni idarə etmək üçün çox dərin təhsili, hərtəfəli təcrübəsi və bacarığı var – bu haqda Parlament sədri İrakli Kobaxidze məlumat verib.


“Parlament çoxluğu vacib qərar qəbul etdi. Biz Baş-Nazirlik üçün çox layiqli namizəd seçdik. Cənab Mamuka Baxtadze öz təhsili, eləcə də hərtəfəli təcrübəsiylə seçilir. Onun idarəçiliyə dair ciddi təcrübəsi var. O, iqtisadi baxımdan ciddi ekspertdir. Onun ölkəni idarə etmək üçün çox dərin təhsili, hərtəfəli təcrübəsi və bacarığı varvə əminəm ki, o, bizim ölkənin irəli getməsinin böyük uğurla qayğısına qalacaq”, - bildirib Kobaxidze.

"Onun sözlərinə görə, Mamuka Baxtadze vacib təşəbbüslər irəli sürürmüş və nəticələr artıq göz qabağındadır. “Cənab Mamuka Parlament qarşısına hökumət proqramı ilə çıxanda bu proqramda yeni təşəbbüslər təsvir olunacaq və bu ölkədə iqtisadi inkişafı tələsdirəcək”, - bildirib Kobaxidze.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google