Axmeta bələdiyyəsinin Duisi və Birkiani kəndlərində DİN-in
xüsusi təyinatlıları və çox sayda hüquq mühafizəçiləri səfərbər
olunub.
Pankisinin icma radiosu WAY-in məlumatına görə, Ramazan bayramı ilə
bağlı Rusiya nömrələri ilə hərəkət edən avtomobillərə Çeçenistan
prezidenti Ramzan Kadirovun atası Əhməd Kadirovun böyük ölçülü
şəkilləri yapışdırılıbmış və bir neçə avtomobil məntəqədə gəzirmiş
və avtomobildən “Əhməd güclüdür” kəlmələri eşidilirmiş.
Bu fakt yerlilərin qıcıqlanmasına səbəb olub. Onlardan avtomobildən
Əhməd Kadirovun şəklini çıxarmağı tələb ediblər və bu sifahi və
fiziki qarşıdurmaya səbəb olub.
DİN-dən bu məsələ ilə bağlı hələ ki, izahat vermirlər.
Pankisinin icma radiosu baş verənin detallarını araşdırır və daha
çox məlumat verməyə cəhd göstərəcək.
Mənbə: reginfo.ge