Qorinin meri: İşğalçılar Axalubani kəndindən çobanı oğurlayıblar

Qori rayonunun Axalubani kəndindən işğalçılar çobanı, 68 yaşlı Mişa Petriaşvilini oğurlayıb.

Bu haqda məlimatı Qori bələdiyyəsinin meri Kote Tavzaraşvili jurnalistlərlə söhbəti zamanı təsdiqləyib.

Onun məlumatına görə çobanlar Gürcüstanın mərkəzi hakimiyyətinin kontrolunda olan ərazidə olublar və sərhədi keçməyiblərmiş.

Buna baxmayaraq ki, qaçırılma faktını yerli hakimiyyət təsdiqləyir, ancaq DTX rəsmi məlumatla faktı təsdiqləməyib. DTX- nin mətbuat xidməti nümayəndələri artıq bir saatdır ki, məlumatı araşdırır və on.ge onlardan hələ ki, rəsmi məlumat ala bilməyib

 

წყარო: On

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google