DİN-in bəyənatına görə, son dövrdə oğru aləminin üzvlüyü
ittihamı ilə 6 nəfər saxlanılıb.
Bu haqda təşkil edilmiş cinayətlə mübarizə idarəsinin rəhbəri
Mamuka Celidze bu gün 18 iyun tarixində briqifinqdə bildirib.
Onun sözlərinə görə, Zestafonda oğru aləminin üzvlüyü ittihamı ilə
kriminal avtoritetlər həmçinin, keçmişdə məhkum edilmiş M.B.
(təxəllüs Baxa-Baxa) həbs olunub.
DİN-in məlumatına görə, onlar "oğru məsələlərində" iştirak
edirmişlər və xaricdə yaşayan gürcü qanuni oğrularla - Fridon
Sulakvelidze (təxəllüs Padzua) və onun qardaşı - Xviça Sulakvelidze
ilə əlaqələri var imiş. Onlar sifariş qəbul edirlərmiş və oğru
aləmi tərəfindən qoyulmuş qaydalarla hərəkət edirlərmiş.
"İttiham olunanlar Zestafonidə yerləşən kafelərin birinin
sahibindən qanuni oğru - Fridon Sulakvelidze tərəfindən onun
istehsalçılıq işinin gizlədilməsi əvəzində hədə və oğruluq yolu ilə
hər ay gəlirin 30%-inin ödəməsini tələb edirmişlər" - deyilir
DİN-in bəyənatında.