Gürcü istehsalı olan süd və süd məhsulları əlavə dəyər vergisindən
azad oluna bilərlər.
Bu haqda baş-nazirliyə namizəd Mamuka Baxtadzenin hökumət
proqramında yazılıb.
Bu haqda Proqrama əsasən ƏDV-dan əczaçılıq müəssisələri tərəfindən
istehsal olunan əczaçılıq məhsullarının verilməsi azad
olunacaq.
Proqrama əsasən bu məhsullar ƏDV-dən azad olunur. Bu onu nəzərdə
tutur ki, məhsulun istehsalı ilə bağlı olan xərclərdə (A məhsulun B
məhsulunun işlənilməsi nəticəsində əldə edilməsi) şəxslər ƏDV
ödəyəcəklər. Ancaq artıq hazırlanmış məhsulun realizə olunması ƏDV
ilə hesablanmayacaq.
Yəni proqrama əsasən yerli istehsal məhsulunun bahalanması ƏDV-nin
hesabına olmayacaq. Mamuka Baxtadzenin qiymətləndirməsinə görə,
ƏDV-dən milli məhsulun azad olunması gürcü məhsulunu idxal olunan
məhsulla müqayisədə daha rəqabətli edəcək.