Qaxaria: 13 200 polisin maaşı 250 lari dəyərində artacaq

Gürcüstan Daxili İşlər nazirliyinə namizəd Giorgi Qaxarianın dediyinə görə, 1 iyuldan ölkədə 13 200 polisin maaşı 250 lari dəyərində artacaq.


Bu bəyənatı Qaxaria Parlamentdə, Komitələrin qarşısında çıxış zamanı verib: "Biz yaxşı başa düşürük hər polis üçün sosial təminat və sosial zəmanət komponenti nə qədər vacibdir. Ona görə də bu gün deyə bilərəm ki, 1 iyuldan 13 200 polisin maaşı 250 lari dəyərində artacaq. Bu bizim bu gün edə biləcəyimiz minimumdur. Bu gün danışdığımız bütün addımlar, 6-7 ay ərzində nail olduğumuz büdcə qənaətlərinin hesabına edilir" - deyir Giorgi Qaxaria.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google