Milli Statistika Xidmətinin ilkin məlumatına görə, 2018-ci ilin
yanvar-may aralığında ixracat 28% artıb.
Statistika Xidmətinin məlumatına görə, ümumilikdə xarici ticarətin
dövriyyəsi ilk beş ay ərzində 4 milyard dollardan artıq olub.
Buradan ixracat 1 milyarddan artıq, idxalat isə 3 milyarddan artıq
olub. Statistika Xidmətinin məlumatına görə, ötən ilin müvafiq
dövrü ilə müqayisədə idxalat 23% artıb.
2018-ci ilin yanvar-may aylarında Avropa İttifaqı ilə ticarətin
dövriyyəsi 23% artıb və milyart dollardan artıq olub. Buradan
ixracat 295.7 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə ixracat təxminən 14% artıb.
İdxalata gəlincə isə, beş ay ərzində Avropa İttifaqından təxminən
milyard dollar dəyərində məhsul idxal edilib. 2017-ci ilin müvafiq
zamanı ilə müqayisədə Avropa İttifaqından idxalat demək olar ki,
26% artıb.