Xəbərlər
Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili – iki naməlum kişi Malxaz Kobauri ilə söhbət edirmiş, Şimali Qafqazlılara oxşayırdılar

Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili – iki naməlum kişi Malxaz Kobauri ilə söhbət edirmiş, Şimali Qafqazlılara oxşayırdılar.

Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili David Qirqvliani Xada xiyabanında baş vermiş qətlin versiyalarından danışır.

 

Vəki David Qirqvliani işə indi qoşulub, ona qədər Malxaz Kobaurinin hüquqlarını başqa vəkillər müdafiə edirdilər.

Vəkilin bildirdiyinə görə, Kobauri Smitlər ailəsini öldürən iki naməlum adamdan danışır.

“Malxaz Kobauri həqiqətən nə baş verdiyini danışdı. Mən inanıram və əgər biz bu işin versiyasını bölüşsək bu halda Malxaz Kobauri günahkar deyil, cinayətin birbaşa şahididir. Kobauri iki naməlum adamı xatırlayır. İşdə iki qara rəngli avtomobil ortaya çıxır və onunla iki naməlum şəxs Xada xiyabanına gedib və Smitlər ailəsini öldürüb. O, bildirib ki, onar xaricidirlər, gürcülərə oxşamırdılar, gürcü dilində danışırdılar, ancaq elə danışırdılar sanki öncə fikirlərini toplayır sonra söhbət edirdilər. Kobaurinin dediyinə görə onlar təxminən iki metr hündürlükdə imişlər. Şimali Qafqazlılara bənzəyirmişlər və ləhcələri də fərqli idi”, - bildirib vəkil.

Onun sözlərinə görə Kobauri xatırlayır ki, qara avtomobil Smitlərin avtomobilinin yanında dayanıb və onları gördükdən sonra Maykl Smit həyəcanlanıb.

“Kobauri bildirir ki, ola bilsin Smitlər ailəsi həmin kişiləri tanıyırdılar. İşin marağından dolayı bütün detallar haqqında danışa bilmirəm. Ancaq deyim ki, onun ifadəsi ardıcıl və məntiqli idi. Mənim müdafiəm altında olanın izahatına görə, onlardan biri onun əlindən tüfəngi alıb, ikinci şəxsin isə qara rəngli pistoleti var imiş və qara rəngli əlcək geyinmişdi. Atəş kimin silahından açılıb işin marağından dolayı hələ bu haqda danışa bilməyəcəm” – bildirir vəkil.

Onun sözlərinə görə, Kobauri ifadəni təsir altında verib.

“Kobauri müstəntiqə hər şeyi danışanda heç kim inanmayıb. Təəb edirdilər ki, cinayəti etiraf etsin. Psixi təsir altında imiş və bu şəraitdə etiraf ifadəsi verməli olub. Malxaz Kobauri bu iki adamın əsiri imiş. Bu iki şəxs onu ailəsini öldürməklə hədələyib. Ona görə də həmin günləri susurdu, qorxurmuş. Onun kiçik zədələri var. Bu kiçik zədə haqqında da ekskluziv olaraq sizə deyirəm ki, çənəsindədir. Polislər ona zərər vurmayıb, bu zədəni həmin şəxslərdən biri vurub. O, Kobaurini saxlayıb və ikinci şəxs Maykl Smiti öldürən zaman, ona imkan verməyib ki, Smitlər ailəsinə kömək etsin” – bildirib vəkil.

Xada xiyabanında qətldə ittiham olunan Malxaz Kobauriyə Mtsxeta rayon məhkəməsi dünən həbs cəzası verib. Prosesdə ittiham olunan bildirib ki, Xada xiyabanında Amerika və Gürcüstanın iki qat vətəndaşları Rayan və Lora Smitləri eləcə də onların dörd yaşlı oğlunu o, öldürməyib. Onları onu hədələyən iki nəfər “xarici kişi” öldürüb.

Mənbə: Birinci Kanal

 

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Qoç -
ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil.
Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa
çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə
qatılmayın.
12:46 / 17.11.2018
Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.
Həftə ərzində
dinləyicilərimiz tərəfindən sifariş olunan mahnıların top onluğunu
təqdim edirik.
14:19 / 16.11.2018
Həftə ərzində dinləyicilərimiz tərəfindən sifariş olunan mahnıların top onluğunu təqdim edirik.
“Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur
və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər
keçirdiyini təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az
pis vəziyyətdə qalıb” – “Beynəlxalq Şəffaflıq - Gürcüstan”
təşkilatının rəhbəri Eka Qiqauri “Palitranyus” kanalında efirə
gedən “360 dərəcə” proqramında deyib.
13:35 / 16.11.2018
“Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər keçirdiyini təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az pis vəziyyətdə qalıb” – “Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatının rəhbəri Eka Qiqauri “Palitranyus” kanalında efirə gedən “360 dərəcə” proqramında deyib.
“Kişi şəkli vurulmuş və qadın ad soyadı yazılmış bu banerlər mənim
üçün şok yaradandır.
13:27 / 16.11.2018
“Kişi şəkli vurulmuş və qadın ad soyadı yazılmış bu banerlər mənim üçün şok yaradandır.

Gürcüstanın Maliyyə Nazirliyinin istintaq
xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departaentinin
nümayəndələrinin koordinasiyası ilə, aparılan əməliyyat nəticəsində
aksiz markasına aid məcburi icazənin tabeliyi altında xüsusən çox
miqdarda məhsulun – siqaretin aksiz markası olmadan aparılması
faktını aşkarlayıb.
13:01 / 16.11.2018
Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departaentinin nümayəndələrinin koordinasiyası ilə, aparılan əməliyyat nəticəsində aksiz markasına aid məcburi icazənin tabeliyi altında xüsusən çox miqdarda məhsulun – siqaretin aksiz markası olmadan aparılması faktını aşkarlayıb.
Xarici İşlər Nazirliyindən bildirirlər ki, Gürcüstanın
Azərbaycandakı konsulluğuna Gürcüstan vətəndaşı Mirtağı Əsədovun
saxlanılması ilə bağlı Azərbaycan hakimiyyətindən heç bir məlumat
daxil olmayıb.
12:34 / 16.11.2018
Xarici İşlər Nazirliyindən bildirirlər ki, Gürcüstanın Azərbaycandakı konsulluğuna Gürcüstan vətəndaşı Mirtağı Əsədovun saxlanılması ilə bağlı Azərbaycan hakimiyyətindən heç bir məlumat daxil olmayıb.
İntensiv yağan qar və qar uçqunu
təhlükəsi ilə əlaqədar olaraq Cvari aşırımında bütün növ
nəqliyyatların hərəkəti qadağan olunub.
12:23 / 16.11.2018
İntensiv yağan qar və qar uçqunu təhlükəsi ilə əlaqədar olaraq Cvari aşırımında bütün növ nəqliyyatların hərəkəti qadağan olunub.
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb.
Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik
vasitələr aşkar edilib.
12:13 / 16.11.2018
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები