Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili – iki naməlum kişi Malxaz Kobauri ilə söhbət edirmiş, Şimali Qafqazlılara oxşayırdılar

Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili – iki naməlum kişi Malxaz Kobauri ilə söhbət edirmiş, Şimali Qafqazlılara oxşayırdılar.

Smitlər ailəsinin qətlində ittiham olunanın vəkili David Qirqvliani Xada xiyabanında baş vermiş qətlin versiyalarından danışır.

 

Vəki David Qirqvliani işə indi qoşulub, ona qədər Malxaz Kobaurinin hüquqlarını başqa vəkillər müdafiə edirdilər.

Vəkilin bildirdiyinə görə, Kobauri Smitlər ailəsini öldürən iki naməlum adamdan danışır.

“Malxaz Kobauri həqiqətən nə baş verdiyini danışdı. Mən inanıram və əgər biz bu işin versiyasını bölüşsək bu halda Malxaz Kobauri günahkar deyil, cinayətin birbaşa şahididir. Kobauri iki naməlum adamı xatırlayır. İşdə iki qara rəngli avtomobil ortaya çıxır və onunla iki naməlum şəxs Xada xiyabanına gedib və Smitlər ailəsini öldürüb. O, bildirib ki, onar xaricidirlər, gürcülərə oxşamırdılar, gürcü dilində danışırdılar, ancaq elə danışırdılar sanki öncə fikirlərini toplayır sonra söhbət edirdilər. Kobaurinin dediyinə görə onlar təxminən iki metr hündürlükdə imişlər. Şimali Qafqazlılara bənzəyirmişlər və ləhcələri də fərqli idi”, - bildirib vəkil.

Onun sözlərinə görə Kobauri xatırlayır ki, qara avtomobil Smitlərin avtomobilinin yanında dayanıb və onları gördükdən sonra Maykl Smit həyəcanlanıb.

“Kobauri bildirir ki, ola bilsin Smitlər ailəsi həmin kişiləri tanıyırdılar. İşin marağından dolayı bütün detallar haqqında danışa bilmirəm. Ancaq deyim ki, onun ifadəsi ardıcıl və məntiqli idi. Mənim müdafiəm altında olanın izahatına görə, onlardan biri onun əlindən tüfəngi alıb, ikinci şəxsin isə qara rəngli pistoleti var imiş və qara rəngli əlcək geyinmişdi. Atəş kimin silahından açılıb işin marağından dolayı hələ bu haqda danışa bilməyəcəm” – bildirir vəkil.

Onun sözlərinə görə, Kobauri ifadəni təsir altında verib.

“Kobauri müstəntiqə hər şeyi danışanda heç kim inanmayıb. Təəb edirdilər ki, cinayəti etiraf etsin. Psixi təsir altında imiş və bu şəraitdə etiraf ifadəsi verməli olub. Malxaz Kobauri bu iki adamın əsiri imiş. Bu iki şəxs onu ailəsini öldürməklə hədələyib. Ona görə də həmin günləri susurdu, qorxurmuş. Onun kiçik zədələri var. Bu kiçik zədə haqqında da ekskluziv olaraq sizə deyirəm ki, çənəsindədir. Polislər ona zərər vurmayıb, bu zədəni həmin şəxslərdən biri vurub. O, Kobaurini saxlayıb və ikinci şəxs Maykl Smiti öldürən zaman, ona imkan verməyib ki, Smitlər ailəsinə kömək etsin” – bildirib vəkil.

Xada xiyabanında qətldə ittiham olunan Malxaz Kobauriyə Mtsxeta rayon məhkəməsi dünən həbs cəzası verib. Prosesdə ittiham olunan bildirib ki, Xada xiyabanında Amerika və Gürcüstanın iki qat vətəndaşları Rayan və Lora Smitləri eləcə də onların dörd yaşlı oğlunu o, öldürməyib. Onları onu hədələyən iki nəfər “xarici kişi” öldürüb.

Mənbə: Birinci Kanal

 

Print