Xəbərlər
Daxili İşlər Nazirliyi Poniçala və Qaracalarda narkotik satışı ilə məşğul olan 7 şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Baş İdarəsinin əməkdaşları bu ilin 13-16 iyul tarixlərində hakimin qərarı əsasında Tbilisidə, Poniçala qəsəbəsində və Qardabani rayonunun Qaracalar kəndində keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satılması ittihamı ilə 7 şəxsi saxlayıb.

Onlar tərəfindən törədilmiş cinayətlər üçün 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
İstintaq çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif zamanlarda verilmiş məhkəmə qərarı əsasında həmin şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alınmasını və bu prosesin video yazısının qeydə alınmasını həyata keçirmişlər.

Saxlanılmış şəxslərin evlərinin axtarışı nəticəsində hüquq mühafizəçiləri 18 bağlama “heroin” narkotik vasitəsi, 2 tapança, ov tüfəngi, içində “heroin” narkotik vasitəsi olan 2 ədəd insulin şprisi, içində “heroin” narkotik vasitəsinin çöküntüsü olan şüşə qab, tərkibində “Buprenorfin” narkotik maddəsi olan “Suboteks” preparatı, 10 010 lari, 26 200 ABŞ dolları və 65 000 Rusiya rublu müsadirə ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 4-cü hissəsi, 5-ci hissəsinin “b” və 6-cı hissəsinin “a” altbəndi ilə istintaq davam edir. Həmin maddə qrup tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması-satılmasını nəzərdə tutur.
Mənbə: police.ge
| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
20
Yanvar 2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
00:37 / 20.01.2019
20 Yanvar 2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd edir.
Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu
ucuz vasitə ilə baş və əzələ ağrılarını aradan qaldırmaq
mümkündür.
23:29 / 19.01.2019
Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu ucuz vasitə ilə baş və əzələ ağrılarını aradan qaldırmaq mümkündür.
Londonun
arxeoloji qazıntı aparılan yerlərində tapılmış toyuq sümükləri bu
gün hamımızın yaxşı tanıdığı bir quşun öz əcdadlarından nə dərəcədə
fərqləndiyini nümayiş etdirir.
22:56 / 19.01.2019
Londonun arxeoloji qazıntı aparılan yerlərində tapılmış toyuq sümükləri bu gün hamımızın yaxşı tanıdığı bir quşun öz əcdadlarından nə dərəcədə fərqləndiyini nümayiş etdirir.
Gürcüstandan Azərbaycana gedən Gürcüstan
vətəndaşının idarə etdiyi avtomobilindən narkotik vasitə aşkar
olunub.
22:03 / 19.01.2019
Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşının idarə etdiyi avtomobilindən narkotik vasitə aşkar olunub.
DİN
əməkdaşları aparılan operativ əməliyyat nəticəsində əvvəlcədən
razılaşılmış qrup tərəfindən 7 inəyin oğurluq faktı
açılıb.
19:05 / 19.01.2019
DİN əməkdaşları aparılan operativ əməliyyat nəticəsində əvvəlcədən razılaşılmış qrup tərəfindən 7 inəyin oğurluq faktı açılıb.
“KazTransQaz”ın saxlanılan əməkdaşlarını
əvvəlcədən saxlama təcridxanasına aparıblar – bu haqda birinci
kanalın jurnalisti məlumat verib.
18:58 / 19.01.2019
“KazTransQaz”ın saxlanılan əməkdaşlarını əvvəlcədən saxlama təcridxanasına aparıblar – bu haqda birinci kanalın jurnalisti məlumat verib.
“Gürcü Arzusu-Demokratik Gürcüstan”ın sədri
Bidzina İvanişvilinin seçkidə səsli mesajlarının yayımlanmasına 132
min lari xərclənib.
18:52 / 19.01.2019
“Gürcü Arzusu-Demokratik Gürcüstan”ın sədri Bidzina İvanişvilinin seçkidə səsli mesajlarının yayımlanmasına 132 min lari xərclənib.
Gömrük buraxılış məntəqəsi
“Sadaxlı-Avtomobil”, bəyan edilməmiş siqaretin ölkə sərhəddindən
qanun pozuntusu ilə daxil edilməsi cəhdinə dair 2 fakt
aşkarlanıb.
18:37 / 19.01.2019
Gömrük buraxılış məntəqəsi “Sadaxlı-Avtomobil”, bəyan edilməmiş siqaretin ölkə sərhəddindən qanun pozuntusu ilə daxil edilməsi cəhdinə dair 2 fakt aşkarlanıb.