Marixuanadan istifadə qanuniləşdi - konstitusiya məhkəməsinin tarixi qərarı

Gürcüstanda marixuanadan istifadə qanuniləşdi – demək olar ki, üç aylıq müazkirədən sonra konstitusiya məhkəməsi 30 iyulda saat 16:20-də tarixi qərarı elan etdi.


Marixuananın yalnız istifadəsindən söhbət gedir, satışından deyil. Qərar yayımlanan məqamdan qüvvədədir.

Konstitusiya məhkəməsi qeyd edib ki, marixuanadan istifadə üçün məsuliyyətə cəlb olunmaq yalnız konkret istifadə faktının üçüncü şəxsə təhlükə yaratdığı halda konstitusiyaya uyğundur. Misal üçün məhkəmə marixuanadan istifadə üçün məsuliyyətə cəlb etmənin tədris, yetişdirmə və təhsil müəssisələrində, bəzi ictimai yerlərdə, məsələn, ictimai nəqliyyatda, yetkinlik yaşına çatmamış şəxslərin qarşısında və.s. olan halarda təyin oluna bilər.

Konstitusiya məhkəmədinin işlər üzrə kollegiyası Zurab Caparidzenin və Vaxtanq Meqrelişvilinin marixuanadan istifadə ilə bağlı inzibati cəriməin ləğv olunmasını nəzərdə tutan birgə şikayətinə bəraət qazandırıb.

Marixuanadan istifadənin qanuniləşməsinə baxmayaraq, bu onun gətirilməsi-satılmasına aid deyil. Bunun üçün qanunvericilik yenə də cərimələr nəzərdə tutub. Caparidzenin dediyinə görə, bu haqda artıq dövlət strukturları qərar qəbul etməlidir və konstitusiya məhkəməsi bununla bağlı dövlətin hansı siyasətinin olması qərar qəbul edə bilməz. O, kokret halları və konkret şikayətləri müzakirə edir.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google