Smit ailəsini qətlə yetirməkdə günahlandırılan çoban ittihamları qəbul etmir və iki nəfərdən başqa cinayətdə başqa şəxslərin iştirakı barədə də danışır

Smit ailəsini qətlə yetirməkdə günahlandırılan çoban Malxaz Kobauri ittihamları qəbul etmir və iki nəfərdən başqa cinayətdə başqa şəxslərin iştirakı barədə də danışır.

Yeni vəkili Kobauri ilə cəzaçəkmə müəssisəsində ötən gün görüşüb.

Kobaurinin maraqlarını müdafiə edən Aleksandre Kobiadzenin “İnterpresnyus”a bildirdiyinə görə, müəyyən təfərrüatlar var ki, bunlar barəsində hələ danışa bilmir. Kobaidze müttəhim tərəfindən səsləndirilən yeni təfərrüatlar barədə bu gün danışmağı planlaşdırır.

“Malxaz Kobauri bu günədək olan mövqeyini dəyişdirməyib. O, ittihamları qəbul etmir. Müəyyən təfərrüatlar var ki, bunlar barədə çərşənbə axşamı danışacağıq. Lakin qeyd edir ki, cinayəti onun tanımadığı iki şəxs törədib. Hamçinin digər şəxslər barəsində də danışır”, - deyə Lekso Kobaidze bildirib.

Daxili İşlər Nazirliyi Xada dərəsində iki və daha artıq şəxsi, o cümlədən cinayətkara həddi buluğa çatmadığı məlum olan şəxsi amansızlıqla qətlə yetirmə ittihamı ilə 1998-ci ildə anadan olmuş Malxaz Kobaurini həbs edib. Onun törətdiyi cinayət üçün ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

İlkin olaraq istintaq Cinayət Məcəlləsinin ehtiyatsızlıq nəticəsində həyatdan məhrumetməni nəzərdə tutan 116-cı maddəsinin ikinci hissəsi ilə aparılırdı. Tibbi ekspertizanın ilkin nəticələri məlum olduqdan sonra isə istintaq qəsdən adam öldürmə maddəsi ilə aparılmağa başlayıb.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google