DİN İsveçrə səfirliyinin Rusiyanın maraqlarının müdafiəsi
bölməsində istintaqa başlayıb. Məslə saxta vizaların hazırlanması
ilə bağlıdır.
DİN-dən “Netgazeti”yə bildirdiklərinə görə, istintaq Cinayət
Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə aparılır.
Rusiyanın maraqlarının müdafiəsi bölməsində saxta vizaların
hazırlanması ilə bağlı süjet “Rustavi 2” kanalında efirə
getmişdi.
Televiziyanın məlumatına görə, 350 ABŞ doları rüşvət qarşılığında
istənilən şəxs qısamüddətli viza ala bilər. Qeyd olunan məbləğ
qarşılığında həmin şəxslərə ölkə ərazisinə birdəfəlik giriş və ən
çox bir ay müddətinə orada qalmaq imkanı verilir.
“Rustavi 2”nin məlumatına görə, arzu edən şəxslər Rusiyanın
maraqlarının müdafiəsi bölməsinə daxil olmaq üçün də pul
ödəməlidirlər. Televiziyanın bildirdiyinə görə, konsulluq hər il on
minlərlə viza verir. Viza üçün rəsmi ödəniş isə orta hesabla 60 ABŞ
dollarıdır, buna anket doldurmaq üçün edilən qeyri-rəsmi ödəniş də
əlavə olunur.