Əksəriyyətin fikrincə İvanişvilinin qayıtması ölkə siyasətinə təsir göstərməyəcək - NDİ

NDİ-ın tədqiqatına əsasən sorğuda iştirak edənlərin əksəriyyəti 31% hesab edir ki, Bidzina İvanişvilinin “Gürcü Arzusu”nun sədri olaraq seçilməsi ölkə siyasətinə təsir göstərməyəcək.

22% hesab edir ki, bu hadisə ölkə siyasətinə mənfi təsir göstərəcək.

Qalan cavablara gəldikdə isə sorğulananların 21% hesab edir ki, İvanişvilinin qayıtmasıının müsbət təsiri olacaq, 26% isə bu suala bilmirəm cavabı verib.

Tədqiqatın işləri 23 iyun-8 iyul dövründə Gürcüstan miqyasında gürcü, erməni və azərbaycan dilli əhali arasında (işğal edilmiş ərazilər istisna olmaqla) 2,409 canlı müsahibə ilə seçilmək əsasında aparılıb. Tədqiqatda orta səhv həddi +/- 1.9 faizi təşkil edir. Sorğunu CRRC-Gürcüstan aparıb.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google