Mərkəzi Seçki Komissiyası dünənki iclasda prezident seçkilərinin
tədbirlər qrafikini təsdiqləyib.
İPN-ə MSK-dan verilən məlumata görə, qrafikdə seçkilərlə bağlı
müddət və tədbirlər ətraflı şəkildə yazılıb.
“2018-ci ilin 28 oktyabr tarixində Gürcüstan
prezidentinin seçkiləri baş tutacaq. 1 avqustda Gürcüstan
prezidenti tərəfindən Gürcüstanın baş-nazirinin imzası ilə seçki
gününün təyin edilməsi haqqında verilmiş sərəncam qüvvəyə
minib.
Həmin gün Mərkəzi Seçki Komissiyasının icası baş tutub. İcasda MSK
seçki tədbirlərinin qrafikini təsdiqləyib. Qrafikdə seçkilərlər
bağı tədbir və vaxtlar ətraflı yazılıb. Komissiya eləcə də
seçkilərlər bağlı müxtəlif vacib prosedurları müəyyən edib.
MSK 28 oktyabr seçkiləri üçün seçki dairə komissiyalarının
müvəqqəti üzvlüyünə vakant yerləri tutmaq üçün seçim müsabiqələrini
ean edib. Eləcə də MSk tərəfindən seçki məntəqə komissiyasının
üzvlərinin Gürcüstanda və ölkədən kənar seçim müsabiqəsi qaydası,
şərtləri və müddəti müəyyən edilib”, - bildirirlər
MSK-dan.
Seçki Komissiyasının məlumatına görə, iclasda MSK Gürcüstan
prezidentliyinə namizədlik vermək üçün lazımi imzaların minimal
sayını da müəyyən edib. Siyasi birliklər və seçicilərin təşəbbüs
qrupu tərəfindən prezidentliyə namizədlik təqdim etmək ən az 25923
seçici tərəfindən imza ilə təsdiqlənmiş olmalıdır.
İclasdan sonra MSK-da baş tutan məlumat brifinqində MSK-nın mətbuat
spikeri Ana Mikeladzenin bildirdiyinə görə, partiyaların və
təşəbbüs qruplarının müraciətlərinin və namizədlərin qeydiyyatı
prosesi başlayır. Bundan əlavə onun sözlərinə görə, akreditasiya
istəyi olan təşkilatlar və media vasitələri nümayəndələri qeydiyyat
məqsədi ilə hər hansı seçki komissiyasına müraciət edə
bilərlər.
“Xatıdrladım ki, prezidentliyə namizədlik təqdim etmək
məqsədi ilə partiya ilə təşəbbüs qruplarının artıq MSK-nın sədrinə
ərizə ilə müraciət etmək imkanı var. Bu onlara imkan yaradaq ki,
vaxtında dəstkçi seçicilərin imzasını toplamaq proseduruna
başlasınlar.
Seçkiqabağı kampaniyasının təbliğatı qaydalarına, həmçinin,
məbləğin, vəzifə və ya xidmət durumlarından istifadə etmənin
qadağan olunmasə ilə bağlı normalara gəldikdə - qeyd olunan
normalar seçki qanunvericiliyinə əsasən səsvermə gününə qədər 60
gün qalmış qüvvəyə minir”, - bildirib Ana
Mikleadze.
Onun sözlərinə görə, MSK seçkilərə qoşulan bütün tərəfləri,
beynəlxalq və yerli müşahidəçi təşkilatları, medianı aktiv olaraq
seçki prosesinə qoşulmağa çağırıb və onların hər birinə şəxsi
işlərində uğurlar arzilayıb.