MSK tədbirlərin qrafikini təsdiqləyib

Mərkəzi Seçki Komissiyası dünənki iclasda prezident seçkilərinin tədbirlər qrafikini təsdiqləyib.

İPN-ə MSK-dan verilən məlumata görə, qrafikdə seçkilərlə bağlı müddət və tədbirlər ətraflı şəkildə yazılıb.

“2018-ci ilin 28 oktyabr tarixində Gürcüstan prezidentinin seçkiləri baş tutacaq. 1 avqustda Gürcüstan prezidenti tərəfindən Gürcüstanın baş-nazirinin imzası ilə seçki gününün təyin edilməsi haqqında verilmiş sərəncam qüvvəyə minib.

Həmin gün Mərkəzi Seçki Komissiyasının icası baş tutub. İcasda MSK seçki tədbirlərinin qrafikini təsdiqləyib. Qrafikdə seçkilərlər bağı tədbir və vaxtlar ətraflı yazılıb. Komissiya eləcə də seçkilərlər bağlı müxtəlif vacib prosedurları müəyyən edib.

MSK 28 oktyabr seçkiləri üçün seçki dairə komissiyalarının müvəqqəti üzvlüyünə vakant yerləri tutmaq üçün seçim müsabiqələrini ean edib. Eləcə də MSk tərəfindən seçki məntəqə komissiyasının üzvlərinin Gürcüstanda və ölkədən kənar seçim müsabiqəsi qaydası, şərtləri və müddəti müəyyən edilib”,
- bildirirlər MSK-dan.

Seçki Komissiyasının məlumatına görə, iclasda MSK Gürcüstan prezidentliyinə namizədlik vermək üçün lazımi imzaların minimal sayını da müəyyən edib. Siyasi birliklər və seçicilərin təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədlik təqdim etmək ən az 25923 seçici tərəfindən imza ilə təsdiqlənmiş olmalıdır.

İclasdan sonra MSK-da baş tutan məlumat brifinqində MSK-nın mətbuat spikeri Ana Mikeladzenin bildirdiyinə görə, partiyaların və təşəbbüs qruplarının müraciətlərinin və namizədlərin qeydiyyatı prosesi başlayır. Bundan əlavə onun sözlərinə görə, akreditasiya istəyi olan təşkilatlar və media vasitələri nümayəndələri qeydiyyat məqsədi ilə hər hansı seçki komissiyasına müraciət edə bilərlər.

“Xatıdrladım ki, prezidentliyə namizədlik təqdim etmək məqsədi ilə partiya ilə təşəbbüs qruplarının artıq MSK-nın sədrinə ərizə ilə müraciət etmək imkanı var. Bu onlara imkan yaradaq ki, vaxtında dəstkçi seçicilərin imzasını toplamaq proseduruna başlasınlar.

Seçkiqabağı kampaniyasının təbliğatı qaydalarına, həmçinin, məbləğin, vəzifə və ya xidmət durumlarından istifadə etmənin qadağan olunmasə ilə bağlı normalara gəldikdə - qeyd olunan normalar seçki qanunvericiliyinə əsasən səsvermə gününə qədər 60 gün qalmış qüvvəyə minir”,
- bildirib Ana Mikleadze.

Onun sözlərinə görə, MSK seçkilərə qoşulan bütün tərəfləri, beynəlxalq və yerli müşahidəçi təşkilatları, medianı aktiv olaraq seçki prosesinə qoşulmağa çağırıb və onların hər birinə şəxsi işlərində uğurlar arzilayıb.

 

Mənbə: İnterPressNews

 

Print