Gürcüstan Prezidenti 83 məhbusu əfv edib

Gürcüstan prezidenti 83 məhbusu əfv edib. Əfv Komissiyasının sədri Zviad Koridzenin bu gün baş tutan mətbuat konfransında bildirdiyinə görə komissiya 23-29 iyul

dövründə 976 məhbusun işini müzakirə edib və prezidentə rekomendasiyalar göndərib.

83 məhbusdan 40 nəfəri elə bu gün cəzaçəkmə müəssisəsini tərk edir. 43 nəfərin isə cəzası azaldılıb. Qeyd etmək lazımdır ki, məhbuslar arasında bir nəfər müddətsiz məhbusdur. Prezident onun azad olunması üçün konkret tarix təyin edib.

Koridzenin qeyd etdiyinə görə, əfv olunanlar arasında üç nəfəri qadın və 1 nəfəri yetkinlik yaşına çatmamış şəxsdir. Qadınlardan 1 nəfəri bu gün azad olunur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google