Dmitri Medvedev – Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişə təxribatına səbəb ola bilər

Rusiyanın baş naziri Dmitri Medvedevin dediyinə görə, Gürcüstanın NATO-ya daxil olması fəlakətli nəticələr doğura bilər.


“Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişə təxribatına səbəb ola bilər. Başa düşə bilmirəm, bu kimə lazımdır?” – deyə Dmitri Medvedev “Kommersant” radiosunun efirində deyib.
O, həmçinin qeyd edib ki, 2008-ci ildə Gürcüstan və “Cənubi Osetiya” arasında baş vermiş silahlı qarşıdurmanın qarşısını almağa imkan olub.

Qeyd olunmalıdır ki, 12 iyul tarixində NATO-nun baş katibi Yens Stoltenberq alyansın Gürcüstanı öz sıralarına qəbul etmək üçün hazır olduğunu bildirib, lakin dəqiq tarix göstərməyib.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google