Ötən gün İndoneziyada, Lombok adasında baş vermiş güclü zəlzələ
nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
Bu barədə Milli Təbii Fəlakətlər Agentliyinin rəsmi nümayəndəsi
Sutopo Nuqroho məlumat verib.
Onun bildirdiyinə görə, zəlzələ adaya ciddi zərər vurub. Təbii
fəlakət nəticəsində yüzlərlə ev uçub. Bir neçə yüz adam təxliyə
olunub.
İndoneziya prezidenti Coko Vidodo hakimiyyətə, polisə və əsgərlərə
xilasetmə əməliyyatlarını sürətləndirmək tapşırığı verib.