İndoneziyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb

Ötən gün İndoneziyada, Lombok adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

Bu barədə Milli Təbii Fəlakətlər Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib.

Onun bildirdiyinə görə, zəlzələ adaya ciddi zərər vurub. Təbii fəlakət nəticəsində yüzlərlə ev uçub. Bir neçə yüz adam təxliyə olunub.

İndoneziya prezidenti Coko Vidodo hakimiyyətə, polisə və əsgərlərə xilasetmə əməliyyatlarını sürətləndirmək tapşırığı verib.

 

Mənbə: İnterPressNews

 

Print