DTX terrorizmlə bağlı davam edən istintaq çərçivəsində qanunsuz olaraq silah əldə etmək-saxlamaq ittihamı ilə Gürcüstan vətəndaşını saxlayıb

DTX terrorizmlə bağlı davam edən istintaq çərçivəsində qanunsuz olaraq silah əldə etmək-saxlamaq ittihamı ilə Gürcüstan vətəndaşını saxlayıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Terrorizmlə Mübarizə Mərkəzində Gürcüstan vətəndaşı Malxaz T.-yə qarşı terror təşkilatına qoşulmaq və terrorizm fəaliyyətinə kömək etmək faktı üzrə istintaq davam edir. Dövlət Təhlükəsizlik Xidmətindən “İnterpresnyus”a bildirdiklərinə görə, istintaq Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır.

DTX-nın məlumatına görə, istintaq çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətinin Terrorizmlə Mübarizə Mərkəzinin əməkdaşları məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində adıçəkilən şəxsi qanunsuz olaraq silah əldə etmək-saxlamaq (Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi) ittihamı ilə saxlayıb. Malxaz T.-nin evinin və iş yerinin axtarışı nəticəsində elektron informasiya daşıyıcıları, həmçinin “İslam Dövləti” simvolikası olan bayraqlar və müxtəlif atributlar müsadirə olunub.

DTX-nın məlumatına görə, əlavə sübutların əldə olunması üçün axtarış tədbirləri davam edir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google