DTX terrorizmlə bağlı davam edən istintaq çərçivəsində qanunsuz
olaraq silah əldə etmək-saxlamaq ittihamı ilə Gürcüstan vətəndaşını
saxlayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin Terrorizmlə Mübarizə Mərkəzində
Gürcüstan vətəndaşı Malxaz T.-yə qarşı terror təşkilatına qoşulmaq
və terrorizm fəaliyyətinə kömək etmək faktı üzrə istintaq davam
edir. Dövlət Təhlükəsizlik Xidmətindən “İnterpresnyus”a
bildirdiklərinə görə, istintaq Cinayət Məcəlləsinin 328-ci maddəsi
ilə aparılır.
DTX-nın məlumatına görə, istintaq çərçivəsində Dövlət Təhlükəsizlik
Xidmətinin Terrorizmlə Mübarizə Mərkəzinin əməkdaşları məhkəmə
qərarı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində adıçəkilən
şəxsi qanunsuz olaraq silah əldə etmək-saxlamaq (Cinayət
Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi) ittihamı ilə saxlayıb.
Malxaz T.-nin evinin və iş yerinin axtarışı nəticəsində elektron
informasiya daşıyıcıları, həmçinin “İslam Dövləti” simvolikası olan
bayraqlar və müxtəlif atributlar müsadirə olunub.
DTX-nın məlumatına görə, əlavə sübutların əldə olunması üçün
axtarış tədbirləri davam edir.